EN

Millinin baş məşqçisi: Qarşıda bizi çox iş gözləyir

Apasport portalından alınan məlumata görə, ain.az xəbər verir.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyubov təlim-məşq toplanışı çərçivəsində “Şamaxı”ya qarşı keçirilən yoxlama oyunundan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Apasport.az xəbər verir ki, Eyubov bu qarşılaşmada futbolçularından razı qalıb: 

“Güclü komandaya qarşı əla oyun keçirdik. Bu, futbolçular üçün böyük təcrübədir. Çünki bir çoxu ilk dəfə belə səviyyəli rəqibə qarşı oynayırdı. Ümumilikdə matçdakı enerjimizdən və konsentrasiyamızdan razı qaldım. Qarşıda bizi çox iş gözləyir. Toplanış dönəmində keçirdiyimiz iki oyun bizə kifayət qədər faydalı oldu”.

Qeyd edək ki, Bakıda hazırlıq keçən U-21 yoxlama oyunlarında “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib, “Şamaxı”ya 0:1 hesabı ilə məğlub olub.

“Sabah” I Liqa klubunu darmadağın edib - 9:1

Azər Bağırov: “Komandam yaxşı təsir bağışladı"

Yevlaxda qolsuz sülh

I Liqa klubu sabiq futbolçusunu geri qaytarıb

Millimiz Premyer Liqa klubu ilə üz-üzə gələcək

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
92
5
apasport.az

8Sources