EN

Mask "OpenAI" və "Microsoft"dan milyardlarla dollar tələb edir

BAKI, 18 yanvar. TELEQRAF

Amerikalı sahibkar İlon Mask "OpenAI" və "Microsoft" korporasiyalarına qarşı məhkəmə iddiası qaldıraraq 79-134 milyard dollar həcmində təzminat tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Maskın iddiasına istinadən məlumat yayıb.

İddiada bildirilir ki, tələb olunan məbləğ "OpenAI"nın qeyri-kommersiya statusunun dəyişdirilməsi ilə bağlı əvvəlki razılaşmaların pozulması ilə əlaqədardır. Maskın vəkili Stiven Molo bildirib ki, "OpenAI" və "Microsoft" tərəfindən əldə edilən qanunsuz gəlir Maskın ilkin investisiyasını xeyli üstələyir.

Agentliyin məlumatına görə, Mask 2015-ci ildə startapın yaradılmasına kömək edərkən 38 milyon dollar sərmayə qoyub və hazırda dəyəri təxminən 500 milyard dollar qiymətləndirilən "OpenAI"nin cari bazar dəyərinin bir hissəsinə iddia edir.

Qeyd edək ki, İlon Mask 2018-ci ildə "OpenAI"nin direktorlar şurasını tərk edib.

Chosen
90
1
teleqraf.com

2Sources