EN

"Mən həmişə ağzımı yummuşam, amma indi bacarmıram"

“Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasner İngiltərə Premyer Liqasının XXII turunda “Sanderlend”ə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra komandanın müdafiəçisi Mark Qehinin “Mançester Siti”yə yaxınlaşan transferi ilə bağlı sərt açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis klub daxilində baş verənlərdən ciddi narazılığını gizlətməyib:

“Özümü elə hiss edirəm ki, bizi tamamilə taleyin ümidinə buraxıblar. Heç bir dəstək görmürük. Ən pisi isə Premyer Liqa matçına cəmi bir gün qalmış komandanın kapitanını satmağımızdır. Bunu anlaya bilmirəm. Uzun müddət susdum, amma artıq mümkün deyil, çünki futbolçuları müdafiə etməliyəm. Bu mövsüm ürəyimiz iki dəfə qoparılıb — yayda Eze ilə, indi isə Gehi ilə, hər ikisi də oyuna bir gün qalmış. Mən futbolçulara daim nə deməliyəm? Ehtiyat skamyasına baxıram və reaksiya verməmək mümkün deyil… orada sadəcə uşaqlardır. Bu səbəbdən bu gün çox məyusam”, — deyə Qlasnerin sözlərini BBC sitat gətirib.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlara əsasən, Mark Qehinin “Mançester Siti”yə 26 milyon funt sterlinq (təxminən 29,9 milyon avro) qarşılığında transfer olunacağı bildirilmişdi.

Chosen
17
90deqiqe.az

1Sources