Günəşdə təxminən bir milyon km ölçüsündə böyük “koronal” dəlik (tac dəliyi) əmələ gəlib.Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.“Günəşdə növbəti nəhəng “koronal” dəlik əmələ gəlib və bu dəfə olduqca qeyri-adi formadadır. Tərs çevrilmiş nəhəng “1” rəqəmini xatırladır, amma təsvir gücünü nəzərə alsaq, burada, buludlarda olduğu kimi, yəqin ki, çox şey görmək olar. “Rəqəm”in hündürlüyü təxminən bir milyon kilometrdir”, – deyə məlumatda bildirilib.Qeyd olunur ki, Günəşin “koronal” dəliklər tərəfindən “işğal edilməsi” hələ 2025-ci ildə başlayıb və bu da maqnit qasırğalarının sayının kəskin artmasına səbəb olub.“Bu tendensiyanın dəyişəcəyinə dair heç bir əlamət yoxdur – sadəcə bugünkü Günəşə baxmaq kifayətdir. Yeni ildə maqnit qasırğalarının sayının əvvəlki ilin rəqəmlərini üstələməsi gözlənilir”, – deyə məlumatda əlavə edilib.Maqnit qasırğalarının sayının artmasının ən azı daha iki il davam edə biləcəyi qeyd olunur. Bu iki il qütb parıltılarını müşahidə etmək üçün də əlverişli olacaq. (oxu.az)


