EN

Rza Pəhləvi İran əhalisini yenidənETİRAZA ÇAĞIRDI

İranın sonuncu şahının oğlu Rza Pəhləvi ölkədə davam edən gərginlik fonunda yenidən etiraz çağırışı ilə çıxış edib.

 

Senzor.az bildirir ki, o, “X” sosial şəbəkəsində paylaşdığı müraciətdə iranlıları 27–29 yanvar tarixlərində kütləvi etiraz əhval-ruhiyyəsini açıq şəkildə nümayiş etdirməyə çağırıb.

 

Pəhləvi bildirib ki, İslam Respublikasının rəhbərliyi ölkədə vəziyyətin guya “normal” olduğunu göstərməyə çalışır, lakin bu iddialar reallığı əks etdirmir.

 

Onun sözlərinə görə, mövcud hakimiyyətlə İran cəmiyyəti arasında dərin və barışmaz uçurum var və bu uçurum zorakılıq və repressiyalarla daha da dərinləşib.

 

O vurğulayıb ki, ali dini lider Ayətullah Əli Xamenei və mövcud siyasi sistem tarix səhnəsindən silinməyincə, ölkədə heç bir normallaşmadan danışmaq mümkün deyil.

 

Rza Pəhləvi küçələrə çıxmağın təhlükəli olduğu şəraitdə belə etirazın alternativ formalarının mümkün olduğunu qeyd edib. O, vətəndaşları evlərindən etiraz səsləri ucaltmağa, işdən imtinaya və ümumi tətilə çağıraraq, cəmiyyətin səssiz qalmamalı olduğunu bildirib.

 

Pəhləvinin sözlərinə görə, bu cür kollektiv etiraz formaları həm ölkə daxilində, həm də beynəlxalq aləmdə İran cəmiyyətinin iradəsini nümayiş etdirə bilər.

 

Müraciətdə xüsusilə qeyd olunub ki, 27–29 yanvar tarixlərində, saat 20:00-da ölkə üzrə milli şüarların səsləndirilməsi ilə “bütün dünyanın iranlıların səsini eşitməsi” hədəflənir. Pəhləvi beynəlxalq ictimaiyyətin iranlıların cəsarətini gördüyünü və daha açıq dəstək verəcəyini iddia edib. O, çıxışını “sonun yaxın olduğu” və “İranın yenidən geri qaytarılacağı” mesajı ilə yekunlaşdırıb.

Chosen
62
1
senzor.az

10Sources