EN

Kallas ABŞ-yə çağırış edib

ABŞ və Avropa Qrenlandiya ilə bağlı mübahisəli məsələləri NATO daxilində həll etməli və Rusiya-Ukrayna müharibəsi mövzusundan yayınmamalıdır.

"Ölkə.az" xəbər verir ki, bu fikri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, mövcud vəziyyətdən Çin və Rusiya tam şəkildə faydalanır.

"Onlar məhz müttəfiqlər arasındakı fikir ayrılıqlarından qazanc götürürlər. Əgər Qrenlandiyanın təhlükəsizliyi təhdid altındadırsa, biz bu problemi NATO daxilində həll edə bilərik. Tariflər Avropa və ABŞ-nin kasıblaşmasına və ümumi rifahımızın pozulmasına səbəb ola bilər.

Biz həmçinin mübahisəmizin əsas vəzifəmizdən - Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmasına yardım etməkdən bizi yayındırmasına imkan verə bilmərik", - Kallas vurğulayıb.

Xatırladaq ki, Tramp cari ilin 1 fevralından ABŞ-nin Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyaya qarşı rüsumları 10 %-ə, 1 iyundan isə 25 %-ə qaldıracağını açıqlayıb.

"Bu rüsumlar Qrenlandiyanın qəti və tam satın alınması barədə razılıq əldə olunana qədər tətbiq ediləcək", – deyə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.

Sonradan Böyük Britaniya və Fransa da daxil olmaqla, bir sıra Avropa ölkələrinin liderləri yeni tariflərin qəbuledilməz olduğunu bəyan ediblər.

Chosen
40
2
olke.az

3Sources