Yazını böyüt
Yazını kiçilt
Danimarkanın paytaxtı Kopenhagendə Qrenlandiyaya dəstək aksiyası keçirilib.
Hafta.az xəbər verir ki, aksiya ABŞ prezidenti Donald Trampın ada ilə bağlı bəyanatına cavab xarakteri daşıyır. Aksiya iştirakçıları şəhərin mərkəzi meydanından ABŞ səfirliyi istiqamətinə yürüş ediblər. Onlar “Qrenlandiyaya toxunmayın”, “Qrenlandiya satılmır” şüarlarını səsləndirib, beynəlxalq hüquqa hörmət etməyə çağırıblar.
Dinc aksiyada 20 mindən çox adam iştirak edib.