Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Floridadakı evindən Palm Biçdəki Mar-a-Laqo malikanəsinə gedən 6 kilometrlik yolun "Prezident Donald Tramp Bulvarı" adlandırılması mərasiminə qatılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Tramp mərasimdə yerli rəsmilərə göstərdikləri sədaqət üçün təşəkkür edib və bildirib: "Bu, çox vacib bir mərhələdir."
O əlavə edib: "İnsanlar Donald Tramp Bulvarı lövhəsinin gecələr gözəl işıqlandırıldığını görəndə qürur duyacaqlar. Sadəcə qürur. Mənimlə yox, ölkəmiz ilə qürur duyacaqlar".
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.