Təlim-məşq toplanışını Türkiyədə davam etdirən “Turan Tovuz” heyətlə bağlı qərar verilib. Baş məşqçi Kurban Berdiyev yerli futbolçuların komandadan ayrılmasına izn verməyib.
Belə ki, uzun müddətdir mətbuatda Şəhriyar Əliyev, Abdulla Rzayev və Xəyal Nəcəfovun göndəriləcəyi iddia edilirdi. Ancaq yazılanlar doğru deyil.
Təcrübəli mütəxəssis heyətin qorunmasına və yerli oyunçuların komandada qalmasını istəyir. Bu səbəbdən də rəhbərlik adıçəkilən futbolçulara gələn təklifləri dəyərləndirməyəcək.
İdmanxeber.az