EN

DASH pəhrizi yenidən ürək sağlamlığı üçün ən yaxşı diyet seçilib

Penninqton Biotibbi Araşdırmalar Mərkəzinin alimlərinin iştirakı ilə hazırlanan DASH ("Dietary Approaches to Stop Hypertension") pəhrizi, "U.S. News & World Report Best Diets 2026" reytinqində ardıcıl ikinci il ürək-damar sağlamlığı üçün ən yaxşı pəhriz seçilib.

 

"Report" bu barədə "Medical Xpress" jurnalına istinadən xəbər verir.

 

Bundan əlavə, DASH pəhrizi bütün orqanizmin sağlamlığının qorunması üzrə ümumi sıralamada yenidən ikinci yeri tutub.

 

Bu pəhriz doymuş yağların, xolesterinin və ümumi yağların aşağı səviyyədə qəbulunu nəzərdə tutur. Rasionun əsasını meyvələr, tərəvəzlər, yağsız və ya azyağlı süd məhsulları, tam taxıllar, balıq, quş əti və qoz-fındıq təşkil edir. Eyni zamanda, tipik Amerika rasionu ilə müqayisədə qırmızı ət, şirniyyat, əlavə edilmiş şəkər və şirin içkilərin istehlakı azaldılır.

 

DASH pəhrizi güclü elmi bazasına, balanslaşdırılmış tərkibinə, çevikliyinə və sərt qadağaların olmamasına görə yüksək qiymətləndirilib. Bu pəhrizdə bütöv qida qrupları rasiondan çıxarılmır. Rasion ilkin olaraq ürək-damar sağlamlığını dəstəkləmək üçün yaradılıb və liflərlə, eləcə də kalsium, kalium və maqnezium kimi vacib minerallarla zəngindir.

 

Bununla yanaşı, pəhrizin təzyiqi, insult riskini və ürək-damar fəsadlarını azaltmaq qabiliyyəti elmi cəhətdən sübut olunduğu üçün artıq 20 ilə yaxındır ki, lider mövqelərini qoruyub saxlayır.

Chosen
59
4
qaziler.az

5Sources