EN

Avropa İttifaqına qəribə bir sual verildi…

Megaupload və Mega fayl paylaşma xidmətlərinin təsisçisi, alman-fin sahibkarı Kim Dotkom son hadisələrdən sonra Avropa Birliyinin (AB) idarəçiliyi ilə bağlı ritorik sual verib.

NOCOMMENT.az bildirir ki, o, bu barədə sosial media səhifəsində yazıb.

Onun sözlərinə görə, Qrenlandiyanı Tramp administrasiyasının iddialarından qorumaq üçün Avropa Birliyi ABŞ-ın özündən silah almağa məcburdur. Bu, Aİ-nin bütün silahlarını Ukraynaya ötürməsi ilə bağlıdır . Bundan əlavə, Aİ ABŞ- dan enerji resursları almağa və Vaşinqtona tarif ödəməyə məcburdur.

Dotcom paylaşımın sonunda “Aİ-ni kim idarə edir?” yazıb.

Kim Dotkom əvvəllər Donald Trampın Qrenlandiyaya iddialarını NATO-nun sonuna aparan qısa yol kimi təsvir etmişdi. O, hesab edir ki, bu məsələ ilə bağlı AB ilə ABŞ arasında gərginlik ittifaqı məhv edir.

Chosen
148
nocomment.az

1Sources