EN

Fabreqas "Barselona"nın futbolçusunu yanına aparır

İtaliya təmsilçisi "Komo" heyətinə yeni futbolçu qatmağa yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Məlumata görə, A Seriyası klubu "Barselona"nın mərkəz müdafiəçisi Andres Kuenkanın transferini reallaşdırmaq üzrədir. Mənbə Kataloniya təmsilçisinin 18 yaşlı futbolçunu geri almaq hüququnu özündə saxlayacağını vurğulayıb.

2024-cü ilin oktyabrında "Barsa"nın əsas komandasında "Yanq Boyz"a qarşı Çempionlar Liqası matçına çıxan gənc oyunçu klubun gənclərdən ibarət komandasında çıxış edir.

"Komo" A Seriyasının turnir cədvəlində 6-cı yerdədir. Sözügedən kollektivi sabiq "Barselona"lı Sesk Fabreqas çalışdırır.

Nihat

Chosen
88
1
fanat.az

2Sources