EN

Portuqaliyada prezident seçkisi keçirilir

Portuqaliyada prezident seçkisində səsvermə başlayıb. Ali dövlət postu uğrunda 11 namizəd (10 kişi və 1 qadın) mübarizə aparır.

Bakıvaxtı.az TASS agentliyinə istinadən xəbər verir, seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 12:00 - red.) açılıb və saat 19:00-a (23:00) qədər fəaliyyət göstərəcək.

Səsvermənin ilkin nəticələrinin artıq gecə saatlarında elan ediləcəyi gözlənilir. Əgər namizədlərdən heç biri səsvermə nəticəsində 50%-dən çox səs toplaya bilməsə, fevralın 8-də seçkinin ikinci turu keçiriləcək.

Chosen
132
2
bakivaxti.az

5Sources