EN

Rəşid Behbudovun kürəkənindən Şərif Ağayara CAVAB: ""Aftafa" mövzusu ilə tanınmış birisidir"

Şərif Ağayar adında özünü yazıçı elan edən birisi varmış, Azərbaycanın minillik sənətinə, milli dəyərlərinə savaş açıb. Mən də ha fikirləşdim ki, bu kimdi görəsən? Özünə yazıçı deyir, nə əcəb mən bunun haqqında heç nə eşitməmişəm. Azdan-çoxdan kitab oxuyan, ədəbi yeniliklərlə maralanan adam kimi necə olur ki, bundan xəbərim olmayıb. Özümü tənbeh edə-edə başladım axtarmağa. Şükür Allaha, indi istənilən adam haqqında məlumat əldə etmək heç də çətin deyil, internet əsridir. Aydın  oldu ki, Şərif Ağayar “aftafa” mövzusu ilə tanınmış birisidir.

 

Pravda.az-ın xəbərinə görə, bunu Rəşid Behbudovun kürəkəni Kamil Şahverdi bildirib.

 

“Şərif günlərlə özünü, piy basmış beynini zorlayaraq, gündəmə gəlmək üçün mövzu axtarır. Nə etsin binəva, yazdıqlarını  özündən başqa kimsə oxumur axı. Ona görə də bir qalmaqallı mövzu ilə gündəmə gəlmək istəyib. Yazıq Şərifin neçə vaxtdır, yuxusu da ərşə çəkilib. Evdəkilər, qohum-qonşu, hər kəs soruşur ki, bəs sən necə yazıçısan ki, Kəramət Böyükçölə bu qədər pul verdilər, kitablarını aldılar, sənin adın isə “it dəftəri”ndə də yoxdur. Şərif də ha hıqqandı, zıqqandı, nəhayət ki, peyin qoxan beynində mövzu tapdı. Sevindiyindən az qala ürəyi dayanacaqdı. Səhərə qədər evdə o baş, bu baş var gəl edərək tapdığı mövzunu təkrarladı. Evdəkiləri “muğam, muğam” deyib təkrarlamaqdan zinhara gətirdi. Şərif piy basmış beynindəki fikirləri nəhayət ki, kağıza köçürdü və sonra telefonu vasitəsi ilə sosial şəbəkədə paylaşdı”, - o qeyd edib.

Tarix: 18 Yanvar 2026, 13:56   
Chosen
94
5
pravda.az

6Sources