Gecə başlayan yanğın hələ də davam edir: 6 nəfər ölüb - Bu ölkədə
Ajans.az xəbər verir ki, ilkin məlumata görə, yanğın nəticəsində altı nəfər həlak olub. Təxminən 1200 mağazanın yerləşdiyi ticarət mərkəzində baş verən yanğın 15 saatdan çox vaxt keçməsinə baxmayaraq hələ də söndürülməyib. Xilasetmə xidmətinin nümayəndələrinin sözlərinə görə, yanvarın 18-i səhər saatlarında yanğın 30 faiz lokallaşdırılıb. Hadisə yerində 20 yanğınsöndürən briqada işləyir. Binanın çökmə riski yüksəkdir. İlkin məlumatlara görə, yanğının səbəbi mağazalardan birində elektrik naqillərinin qısa qapanması olub. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb.
