EN

Azərbaycanlı müğənni 1 milyon manata VİLLA tikdirir – məşhur ərazidə

Müğənni Şəbnəm Tovuzlu yeni tikdirdiyi dəbdəbəli villası ilə gündəmə gəlib.

Sənətçi bu barədə "Rəngarəng" verilişində açıqlama verərək şəxsi həyatına dair maraqlı detalları bölüşüb.

Tovuzlu bildirib ki, son vaxtlar bu məsələlərə daha həssas yanaşır:

"Son zamanlar göz-nəzərdən qorxuram. Əvvəllər belə deyildim. Sənət dostlarımızdan da həmin kompleksdə ev alanlar var. Mənim evim villadır deyə, ona görə də qiyməti bahadır. Həmin kompleksdə binalarda 300-400 min manata mənzillər də var", - deyə ifaçı qeyd edib.

Müğənninin 1 milyon manat dəyərində villa tikdirməsi ilə bağlı bu etirafı izləyicilərin böyük marağına səbəb olub. Açıqlama sosial şəbəkələrdə geniş müzakirələr yaradaraq müxtəlif rəylərlə qarşılanıb.Milli.Az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
105
2
olaylar.az

3Sources