EN

Qrenlandiyada adanın satılmasına qarşı kütləvi etirazlar başlayıb

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Minlərlə sakin ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı “almaq” niyyətinə qarşı etirazlarını bildirmək üçün küçələrə çıxıb. Bu barədə Clash Report teleqram kanalı məlumat yayıb. Yürüş iştirakçıları “Qrenlandiya satılmır” yazılı plakatlar qaldırıb, milli bayraqları dalğalandırıb və özünüidarənin qorunması lehinə şüarlar səsləndiriblər. Etirazçılar paytaxtın mərkəzindən ABŞ konsulluğuna doğru yürüş edərək Vaşinqtonun mümkün nəzarət cəhdlərinə qarşı olduqlarını nümayiş etdiriblər. M. Həsənli

AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
64
azvision.az

1Sources