EN

Binəqədidə avtomobil və motosiklet oğurları saxlanılıb

Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Binəqədi rayonunda bir nəfər "VAZ-21011" markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib.

Bu barədə Hafta.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Sultanzadə saxlanılıb, avtomobil sahibinə qaytarılıb.

Həmçinin rayon ərazisində motosiklet oğurlamaqda şübhəli bilinən İ.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Chosen
123
27
hafta.az

10Sources