EN

Suriyada YPG-yə aid həbsxananın görüntüləri yayılıb

Suriya Ordusunun nəzarətə götürdüyu Tabqada terror təşkilatı YPG-nin həbsxanasının görüntüləri yayılıb.

Aznews.azxəbər verir ki, fotoları "Anadolu Agentliyi"nin çəkiliş qrupu lentə alıb.

Məlumata görə, YPG Tabqadan çıxarkən həbsxanadakı əsirləri öldürüb.

Suriya hökuməti buna görə YPG-ni müharibə cinayəti törətməkdə günahlandırıb.

Xatırladaq ki, Suriya ordusunun bölmələri yanvarın 17-də Tabqaya daxil olaraq silahlı dəstələri mühasirəyə alıb.

Chosen
112
2
aznews.az

4Sources