İngiltərə 1-ci liqası çərçivəsində baş tutan qarşılaşmada futbol meydanlarında nadir rast gəlinən hadisə yaşanıb.
QOL.az xəbər verir ki, sözügedən hadisə "Stokport" - "Roterhem" klubları arasında baş tutan matçda baş verib. Belə ki, meydan sahiblərinin qapıçısı Ben Hinçliff kobud səhvi ilə gündəmə gəlib. Qolkiper komandasını sürətli hücuma çıxarmaq üçün topu güclü zərbə ilə irəli vurmaq istəyib. Lakin top qarşısında dayanan komanda yoldaşı Co Olovunun belinə dəyərək geri qayıdıb və Hinçliff çarəsiz baxışlarla topun öz qapısından keçməsini izləyib.
Matçın digÉ™r É™n maraqlı mÉ™qamı da budur ki, "Stokport"un 3:2 hesablı qÉ™lÉ™bÉ™si ilÉ™ baÅŸa çatan 5 qolluq matçda ümumilikdÉ™ 3 avtoqol qeydÉ™ alınıb.Â
18 yanvar
"Stokport" – "Roterham" - 3:2
Qollar: S.Raggett, 13-avtoqol, C.Douson, 55-avtoqol, B.B.Andresson, 76 – J.Olovu, 42-avtoqol, S.Nombe, 60
"Stokport"un baş məşqçisi Deyv Çallinor matçdan sonra baş verənlərə bu cür reaksiya verib: "Bu, bir çoxlarının əvvəllər bəlkə də heç izləmədiyi epizodlarla zəngin matç idi. Lakin məni bu qollardan daha çox komandanın hadisəyə verdiyi reaksiya narahat etdi".
Â