EN

Avropa nəhəngləri gənc istedad üçün sıraya düzülüb

İngiltərə çempionu "Mançester Siti" gənc istedadların transferi uğrunda mübarizədə rəqiblərini qabaqlamağa davam edir.

Fanat.Az xəbər verir ki, "şəhərlilər" "Veles Sarsfild"in 19 yaşlı istedadı Maher Karrizonun transferi üçün dövrəyə girib.

Niderlandın "Feyenord" klubu gənc futbolçu ilə müqavilə imzalamağa çox yaxın olsa da, "Mançester Siti" maliyyə gücü və uzunmüddətli layihəsi ilə transfer yarışında önə keçib.

Qeyd edək ki, onun transfer dəyəri 10 milyon avro olaraq qiymətləndirilir.

Chosen
74
1
fanat.az

2Sources