Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsindəki metallurgiya zavodunda partlayış olub.
Publika.az xəbər verir ki, "Baogang United Steel" şirkətinə məxsus zavodda baş verən hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər itkin düşüb. 66 işçi xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.
Partlayışın səbəbi araşdırılır.