EN

Yayılan görüntülər dəhşətə gətirdi FOTO

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Anadolu Agentliyinin çəkiliş qrupu suriyalı hərbçilərin müşayiəti ilə Tabka həbsxanasının daxilində görüntülər qeydə alıb.

Globalinfo.az xəbər verir ki, kadrlarda həbsxananın dəhlizləri, palataları, kameraları, eləcə də tərk edilmiş şəxsi əşyalar əks olunub.

Həbsxananın qarşısında toplaşan bir qrup sakin itkin düşmüş yaxınları ilə bağlı ümidlə gözlədiklərini bildirib. Onların sözlərinə görə, uzun müddətdir xəbər ala bilmədikləri qohumlarının taleyi hələ də naməlumdur.

Əldə olunan məlumatlara əsasən, YPG silahlı dəstələri Tabka rayonundan geri çəkilərkən həbsxanada saxlanılan əsirləri qətlə yetirib.

Hadisə bölgədə ciddi humanitar narahatlıq yaradıb və baş verənlərin araşdırılması tələbi səsləndirilir.

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
41
globalinfo.az

1Sources