EN

SDQ Ağ bayraq qaldırdı, Şara atəşkəs elan etdi: Hökumət qüvvələri üç şəhərə daxil olacaq

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

Suriyanın neftlə zəngin şəhərlərini işğalda saxlayan Surya Demokratik Qüvvələri (SDQ) adı altında fəaliyyət göstərən YPG qüvvələri Rakka şəhər mərkəzi uğrunda döyüşün qızğın çağında "Ağ bayraq" qaldırıb".

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə Suriya prezidenti Əhməd Şara açıqlama verib.

O, YPG-nin nəzarətində olduğu ölkənin şimal-şərqində davam edən müharibəni dayandırdığını və atəşkəs elan etdiyini açıqlayıb.

Prezident bildirib ki, YPG ötən ilin 10 martında hökumətlə anlaşmaya əməl edəcək: "Bununla yanaşı, orduvə hökumət qüvvələri şərqdə və şimal-şərqdə (YPG/SDG işğalı altında) üç əyalətə girəcək".

Şara YPG lideri Mazlum Abdi ilə görüşəcəyini də sözlərinə əlavə edib: "Bu görüşdə bütün problemlər öz həlini tapacaq".

Xatırladaq ki, son bir həftədə Dəməşq rəhbərliyi Hələbdəki SDQ hədəflərinə qarşı uğurlu əməliyyatdan sonra  Fəratın qərbindəki Deyr Hafiri,  Meskene, Tabka və Deyr əz-Zoru da təmizləyib, bu gün isə Rakkanı üç istiqamətdən mühasirəyə alaaraq, şəhəri almaq üzrəydi...

Tahir Şəlvəli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
175
mia.az

1Sources