EN

Sərnişin avtobusu yük maşını ilə toqquşdu – Xəsarət alan var

Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşub, xəsarət alan var.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

“BakuBus”-a məxsus sərnişin avtobusu ilə “Kamaz” markalı yük maşını toqquşub.

Qəza zamanı sərnişin avtobusunun sürücüsü 1992-ci il təvəllüdlü V.Verdiyev xəsarət alıb, xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
143
9
nocomment.az

10Sources