"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi "Ayntraxt" (Frankfurt) klubu baş məşqçisi Dino Toppmöllerlə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat yayıb.
Dino Toppmöller baş məşqçi postuna 2023/2024 mövsümündə gəlib. D.Toppmöller 2024/2025 mövsümündə Almaniya Bundesliqasını üçüncü pillədə başa vuraraq klub tarixinin ən yaxşı nəticəsinə imza atıb və komandanı ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəldib.
Qeyd edək ki, "Qarabağ"la oyuna Bakıda "Ayntraxt Frankfurt"u U-19 və U-21-in baş məşqçiləri Aleksandr Mayer və Dennis Şmit çıxaracaq.