Bakı. Trend:
Qrenlandiya ətrafında vəziyyətin gərginləşməsi fonunda KanadanınBaş naziri Mark Karni müttəfiqlərini NATO mexanizmləri vasitəsiləArktikanın təhlükəsizliyini təmin etməyə çağırıb.
Trend-inməlumatına görə, bu barədə baş nazir "X" sosial şəbəkəsindəyazıb.
"Arktikanın — NATO-nun şimal və qərb cinahlarının —təhlükəsizliyi Alyansımız üçün çox vacibdir. Kanada qəti şəkildəinanır ki, Arktikanın təhlükəsizliyini təmin etməyin ən yaxşı yoluNATO daxilində birgə işləməkdir", - deyə o bildirib.
M.Karni həmçinin bildirib ki, Kanada hökuməti vəziyyətingərginləşməsindən narahatdır və Arktika bölgəsində hərbi və kritikinfrastrukturu gücləndirəcək.