EN

Putinin xüsusi nümayəndəsindən gözlənilməz açıqlama

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın suverenliklərini itirdikləri üçün zəif vəziyyətə düşdüyünü bəyan edib.

Globalinfo.az xəbər verir ki, Dmitriyev bu fikirləri sosial şəbəkə hesabında paylaşım edərək bildirib.

O qeyd edib ki, keçmiş ABŞ prezidenti Co Baydenin komandası Avropa ölkələrində “qlobalist sol qüvvələri” gücləndirib. Onun sözlərinə görə, bu proses Aİ və Böyük Britaniyanın öz suverenliklərindən imtina etməsinə gətirib çıxarıb:

“Bayden administrasiyası Aİ-də və Böyük Britaniyada qlobalist solçuları gücləndirdi. Nəticədə onlar suverenliklərindən imtina etməyə çalışır və öz səhvlərindən dərs çıxarmırlar,” – deyə Dmitriyev qeyd edib.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ətrafında yaranmış vəziyyət fonunda Avropa ölkələrinə qarşı 10 faizlik tarif tətbiq edilə biləcəyi ilə bağlı bəyanatına cavab olaraq verib.

Sözügedən məsələ ilə bağlı Danimarka, Finlandiya, Fransa, Almaniya, Niderland, Norveç, İsveç və Böyük Britaniya rəsmi mövqe ortaya qoymuşdu.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
125
globalinfo.az

1Sources