EN

“Napoli” hücum xəttini gücləndirməyi planlaşdırır

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İtaliyanın “Napoli” klubu hücum xətti ilə bağlı transfer planlarını formalaşdırmağa başlayıb.

İdman.Biz xəbər verir ki, İrlandiya millisinin üzvü Evan Ferqyuson Neapol təmsilçisinin qış transfer siyahısına daxil edilib.

21 yaşlı hücumçu bu mövsüm icarə əsasında “Roma”da çıxış edir və A Seriyasında keçirdiyi 16 oyunda beş qol epizodunda iştirak edib.

Məlumata görə, “Napoli” hücum xəttini gücləndirmək üçün gənc forvard variantını ciddi şəkildə dəyərləndirir. Eyni zamanda, İngiltərənin “Çelsi” klubunun Rahim Sterlinqi “Napoli”yə təklif etdiyi bildirilir. Lakin qeyd olunur ki, təcrübəli futbolçu hazırda London klubunun əsas planlarına daxil deyil.

Bildirilir ki, “Napoli”nin hücum xətti ilə bağlı yekun qərarları qış transfer dövründə veriləcək və danışıqların gedişi qarşıdakı günlərdə daha da aydınlaşacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
129
1
icma.az

2Sources