EN

Moldovada DİL GƏRGİNLİYİ: Rusca danışan müğənni ÜZR İSTƏDİ – VİDEO

Rumıniyalı müğənni rusca “molodets” dediyi üçün üzr istəməli olub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Rumıniyalı ifaçı Paula Selinq “Avroviziya” mahnı müsabiqəsinin Milli seçim turunun finalında çıxış edən artistlərə rus dilində “Molodets, Moldova!” (“Afərin, Moldova!”) dediyi üçün ciddi tənqidlərə məruz qalıb.

Müğənninin bu müraciəti sosial şəbəkələrdə hiddət doğurub. Moldovanın keçmiş hökumət sözçüsü Daniel Voda Paulanın təbrik üçün rus dilini seçməsindən təəccübləndiyini bildirərək, bu addımın onu “gözlənilməz hala salıb” yazıb.

Tənqidlərdən sonra Paula Selinq açıqlama verərək vəziyyəti izah edib və üzr istəyib.

O, sözün mənşəyindən xəbərsiz olduğunu vurğulayıb:

“Mən bunun rus dilində söz olduğunu bilmirdim. Moldovalı musiqiçilərlə işləyərkən küçələrdə bu ifadəni eşitmişdim və elə bilirdim ki, bu, sadəcə yaxşı nəsə deməkdir”.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
128
interpress.az

1Sources