EN

Səudiyyə Ərəbistanında UNİKAL TAPINTI: Mağarada dörd min yaşı olan yeddi pişik mumiyası aşkarlandı

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tədqiqatçılar Səudiyyə Ərəbistanında yaşamış nəsli kəsilən böyük pişiklərin təbii mumiyalarını tapıblar.

Oxu.Az "Live Science"a istinadən xəbər verir ki, indi tapılan qalıqlardan çıxarılan DNT bu heyvanların bölgədəki populyasiyasını bərpa etməyə kömək edə bilər.

Alimlər Səudiyyə Ərəbistanındakı bir mağara şəbəkəsində yeddi qədim pişik mumiyasını və daha 54-ünün skelet qalıqlarını aşkar ediblər. Qalıqların 4 000 ilədək yaşının olduğu təxmin edilir.

Ölkənin şimalındakı mağaralarda kəşf edilən heyvan qalıqları unikal tapıntı hesab olunur Belə ki, alimlər əvvəllər heç vaxt nəsli kəsilmiş böyük pişiklərin təbii mumiyalarını kəşf etməyiblər. Süni şəkildə mumiyalanmış pişiklər qədim Misirdən bəri məlum olsa da, yeni aşkarlanan mumiyalar təbii olaraq qorunan böyük pişik cəsədlərinin ilk nümunəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
oxu.az

1Sources