EN

Məktəblərdə enerji içkiləri qadağan edildi - Ukraynada

Ukrayna hakimiyyəti məktəblərdə qadağan olunmuş əşyaların siyahısını təsdiqləyib.

Publika.az xəbər verir ki, sənədə əsasən, məktəblərə odlu silahlar, bıçaq, arbalet, müxtəlif partlayıcı maddələr və pirotexniki qurğular, rezin top atıcılar, dəyənəklər, eləcə də bir sıra alətlər (çəkic, mişar və s.) və tezalışan maddələr gətirmək qadağandır.

Siyahıya narkotik və psixotrop maddələr, spirtli içkilər, tütün məhsulları, elektron siqaretlər (veyplər) də daxildir. Maraqlısı odur ki, siyahıda enerji içkiləri də yer alır.

Chosen
38
publika.az

1Sources