EN

Ferrari nin əfsanəvi modeli HƏRRACDA

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-də keçirilən hərracda 1962-ci il istehsalı olan məşhur "Ferrari 250 GTO" kupesi rekord məbləğə satılıb.

Oxu.Az "Mecum" hərrac evinin saytına istinadən xəbər verir ki, nadir idman avtomobili yarış əfsanəsi olmaqla yanaşı, markanın tarixində ən bahalı model hesab olunur.

"Ferrari 250 GTO" 38,5 milyon dollara satılıb. Avtomobil 1962-1964-cü illərdə ardıcıl üç dəfə GT üzrə dünya çempionatını qazanıb. Axıcı aerodinamik formaya malik bu kupelərin yarışlarda bərabəri olmayıb. Ümumilikdə cəmi 36 ədəd belə avtomobil buraxılıb və bu gün onlar ən bahalı "Ferrari" modelləri sayılır.

Bütün "Ferrari 250 GTO" modelləri kimi, bu idman avtomobili də 3,0 litrlik, 300 at gücündə V12 mühərriki ilə təchiz olunub. 0-dan 100 km/saat sürətə 6 saniyəyə çatır və 280 km/saat maksimal sürət yığa bilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
91
oxu.az

1Sources