EN

Rusiyalı səfirin qətli: Türkiyə təşkilatçını gizlədən ölkənin adını açıqladı

İnterpol Rusiya Federasiyasının Ankaradakı səfiri Andrey Karlovun qətlində şübhəli bilinən Cemal Karaatanın Türkiyəyə ekstradisiyası ilə bağlı fəal mübarizə aparmır. Baxmayaraq ki, Türkiyə hüquq-mühafizə orqanları onun yeni adını və yaşayış yerini müəyyən ediblər və bu məlumatları Kanadadakı həmkarlarına ötürüblər.

Publika.az xəbər verir ki, bu barədə türkiyəli politoloq Engin Özer “RİA Novosti”yə bildirib.

Əvvəllər Karaatanın Kanadada yaşadığı, yeni Salih Ada adını götürdüyü və praktik psixoterapevt kimi qeydiyyatdan keçdiyi müəyyən edilmişdi. Lakin o, təhlükəsizlik xidmətlərində qeydiyyatdan keçməmişdi. Agentliyin mənbəsinə görə, Kanada hakimiyyətinin Karaatanı ekstradisiya etməkdən imtina etməsi ciddi suallar doğurur.

Özer əlavə edib ki, bir qayda olaraq, Qərb respublikada qadağan olunmuş FETÖ təşkilatı ilə əlaqədə ittiham olunan Türkiyə vətəndaşlarını onlara siyasi qaçqın statusu verdiyini iddia edərək ekstradisiya etmir.

Chosen
122
publika.az

1Sources