EN

İsrail "F-35" qırıcı təyyarələrinin sayını 48-ə çatdırıb

İsrail Hərbi Hava Qüvvələri ABŞ-nin “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan üç yeni beşinci nəsil "F-35" qırıcı təyyarəsini təhvil alıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, təyyarələr yanvarın 18-də İsrailin cənubunda yerləşən Nevatim hava bazasına eniş edib və Hərbi Hava Qüvvələrinin 116-cı və 140-cı eskadrilyalarına daxil ediləcək.

İsrail 2010-cu ildən "F-35" qırıcılarını arsenalına daxil etməyə başlayıb. İlk iki təyyarə 2016-cı ilin dekabrında Nevatim hava bazasına çatdırılıb.

“The Times of Israel” qəzetinin məlumatına görə, yeni təyyarələrin gəlişi ilə İsrail Hərbi Hava Qüvvələrindəki "F-35"lərin sayı 48-ə çatıb. İsrail 2024-cü ildə əlavə 25 "F-35" sifariş edib və onların çatdırılmasına 2028-ci ildə başlanması planlaşdırılır.

Chosen
32
5
xezerxeber.az

6Sources