EN

Kanada Baş naziri NATO-ya Arktika təhlükəsizliyi ilə bağlı çağırış etdi

Qrenlandiya ətrafında vəziyyətin gərginləşməsi fonunda müttəfiqləri NATO mexanizmləri vasitəsilə Arktikada təhlükəsizliyi təmin etməyə çağırıram.

News365.az-ın məlumatına görə, bu barədə Kanadanın Baş naziri Mark Karni özünün "X" hesabında yazıb.

"Arktikanın - NATO-nun şimal və qərb cinahlarının təhlükəsizliyi Alyansımız üçün çox vacibdir. Kanada qəti şəkildə inanır ki, Arktikanın təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu NATO daxilində birgə işləməkdir", - deyə o yazıb.

Karninin sözlərinə görə, Kanada hökuməti vəziyyətin gərginləşməsindən narahatdır və Arktika bölgəsində hərbi və vacib infrastrukturu gücləndirəcək:

"Kanada bütün hallarda, o cümlədən Qrenlandiya və Danimarka Krallığı ilə bağlı məsələlərdə suverenlik və ərazi bütövlüyü prinsiplərini dəstəkləyir. Davamlı olaraq qeyd etdiyimiz kimi, Qrenlandiyanın gələcəyini yalnız Qrenlandiya və Danimarka müəyyən etməlidir".

Chosen
149
5
news365.az

9Sources