EN

Yük avtomobilinin sürücüsü əks yola çıxıb maşınların üzərinə sürdü VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Sabirabad rayonunda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 30-da, Nərimankənd kəndinin ərazisində qeydə alınıb. Belə ki, "Hyundai" markalı yük avtomobilinin sürücüsü ötmə qaydasını əməl etməyərək qarşısındakı avtomobilləri keçməyə başlayıb. Bu zaman qarşıdan gələn nəqliyyat vasitələrinin üzərinə sürərək onlara ciddi təhlükə yaradıb. Görüntünü qeydə alan sürücü onunla toqquşmamaq üçün yoldan kənara çıxmağa məcbur olub.

Əksər sürücülər hesab edirlər ki, qırıq-qırıq xətt olan yerdə istədikləri formada ötmə əməliyyatı həyata keçirə bilərlər. Halbuki bu, heç də belə deyil. Qanunvericilikdə qeyd olunub ki, sürücü ötməyə başlamazdan əvvəl əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq.

Fərid

Oxunub 242

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
51
avtosfer.az

1Sources