EN

“Krokus Siti Holl” terroru üzrə hazırlanmış bomba maddi sübut kimi tanınıb

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moskva yaxınlığında yerləşən “Krokus Siti Holl” konsert zalına hücumu həyata keçirən şəxslərin əlbir olduqları adamlar tərəfindən hazırlanmış əldəqayırma bomba maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı istintaq materiallarına istinadən məlumat yayıb.

“Aşağıdakı əşyalar maddi sübut kimi tanınsın: UZRGМ detonatoru ilə təchiz olunmuş "Xattabka" tipli əldəqayırma partlayıcı qurğu, 5,45 mm kalibrli 30 patronu olan "Kalaşnikov" avtomatı, 5,45×39 mm kalibrli patronlardan atılmış üç giliz, kiçik çəkicin metal hissəsi. Bu əşyalar Rusiya Federasiyasının İnquşetiya Respublikasında, Nazran rayonunun Surxaxi kəndi, Qırmızı küçəsi, ev 11 ünvanından götürülüb”.

Daha əvvəl bildirilmişdi ki, konsert zalına hücum zamanı istifadə olunan silahlar Moskvaya Dağıstandan gətirilib. Həmin silahlar isə əvvəlcə İnquşetiyadan Dağıstana aparılıb.

İstintaq materiallarına əsasən, iş üzrə təqsirləndirilən şəxslər arasında İnquşetiyadan olan bir neçə nəfər var. Onlar terror təşkilatı olan “Vilayət Xorasan”ın ideologiyasını dəstəkləyiblər. Qeyd edək ki, bu təşkilat “İslam Dövləti”nin (İŞİD) tərkibinə daxildir və hər iki qurum Rusiya Federasiyasında qadağan edilib. Həmçinin təqsirləndirilən şəxslər dini icma olan “Batalhacinçilər”in qadağan olunmuş silahlı qanadının baxışlarını bölüşüblər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
65
icma.az

1Sources