Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda hər iki bölgədə güclü və nəzarətdən çıxmış yanğınlar müşahidə olunur və bu səbəbdən fövqəladə tədbirlərin görülməsi zəruri hesab edilib. Çilinin İctimai Təhlükəsizlik naziri Luis Korderonun verdiyi məlumata görə, Bio-Bío bölgəsində baş verən yanğınlar nəticəsində azı 16 nəfər həyatını itirib. Yanğınların söndürülməsi və əhalinin təhlükəsizliyinin təmin olunması üçün xilasedici qüvvələr gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Hazırda yanğınların miqyası və dəymiş ziyanın həcmi ilə bağlı qiymətləndirmə işləri davam etdirilir.