EN

Ötən il 21 vəkilə töhmət verilib

Bakı. Trend:

2024-cü ildə daxil olmuş və baxılmış 16, 2024-cü ildə daxilolmuş və 2025-ci ildə baxılmış 35, 2025-ci ildə daxil olmuş vəbaxılmış 118 intizam işi üzrə Vəkillərin İntizam Komissiyasınınqəbul etdiyi müvafiq rəylər (habelə icraata xitamla bağlıarayışlar) əsasında VK Rəyasət Heyəti tərəfindən ümumilikdə 169qərar qəbil edilib.

Trend xəbərverir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, onlardan: İntizam tənbehi tətbiq edilmədənqanunvericiliyin tələblərinə riayət etməni diqqətə çatdırma 36 (21%), xəbərdarlıq etmə 4 (2 %), irad tutma 18 (11 %), töhmət vermə 21(12 %), cərimə 2 (1 %), vəkillik fəaliyyətini müəyyən müddətədayandırma 10 (6 %), Kollegiya üzvlüyündən xaric etmə (vəkil sayınagörə) 5 (3 %), pozuntu müəyyən olunmadığına, şikayət gerigötürüldüyünə görə və sair əsaslarla intizam icraatına xitam vermə40 (24 %), habelə qiymət verilməsinin mümkün olmaması 33-dür (20%).

2025-ci ildə Vəkillərin İntizam Komissiyası tərəfindən baxılaraqmüvafiq rəy qəbul edilən və VK Rəyasət Heyəti tərəfindən hələmüvafiq qərar qəbul edilməyən iş sayı isə 21-dir.

Chosen
177
9
az.trend.az

10Sources