EN

İniesta milli komandada məşqçi olacaq?

"Barselona"nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İniesta Mərakeş Kral Futbol Federasiyasının (FRMF) maraq dairəsinə düşüb.

Publika.az xəbər verir ki, 41 yaşlı ispan mütəxəssis Mərakeş və Seneqal milliləri arasında keçirilmiş (1:0) Afrika Kubokunun final oyununu izləmək üçün Rabata dəvət olunub. "Mundo Deportivo"nun məlumatına görə, FRMF İniestanın Mərakeş millisinin məşqçilər korpusuna cəlb olunmasında ciddi maraqlıdır.

İniesta son açıqlamalarında elit futbol dünyası ilə əlaqəni qorumaq istədiyini, gələcəkdə baş məşqçi kimi və ya idman idarəçiliyi ilə bağlı funksiyalarda çalışmağa hazırlaşdığını bildirib.

Qeyd edək ki, Mərakeş 2030-cu il dünya çempionatını İspaniya və Portuqaliya ilə birgə qəbul edəcək ölkələrdən biri olduğu üçün genişmiqyaslı futbol layihəsi üzərində işləyir.

Chosen
12
publika.az

1Sources