EN

Pakistanda ticarət mərkəzində güclü yanğın olub - VİDEO

Pakistanın Karaçi şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində altı nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Ölənlər arasında bir yanğınsöndürənin olduğu, 20-dən çox insanın yaralandığı və bəzi insanların hələ də çoxmərtəbəli ticarət mərkəzi binasında qaldığı bildirilir.  1200 müəssisənin yerləşdiyi "Gul Plaza" ticarət mərkəzinin bəzi hissələri uçub və yanğınsöndürənlər bunun xilasetmə işlərinə mane olduğunu bildirirlər.

Chosen
123
unikal.az

1Sources