EN

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib

(®) AZCON Holding  şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 58 515 IMEI koda “klon” statusu verilərək blok edilib. Həmin IMEI kodlar son üç ayda 1 564 073 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 1 470 109 dəfə şəbəkəyə qoşulma cəhdinə “AzInTelecom”a məxsus Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.

“AzInTelecom” MMC mütəmadi şəkildə monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Surəti köçürülmüş IMEI kodlara “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Mobil cihazların IMEI kodlarının orjinallığını mygov portalında yoxlamaq mümkündür.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir.

AzInTelecom MMC AZCON Holding mobil cihazların qeydiyyatı IMEI qeydiyyatı Azərbaycan klon IMEI kodlar saxta IMEI ilə mübarizə mobil telefonların bloklanması MCQS Mobil Cihazların Qeydiyyat Sistemi mygov portalı IMEI yoxlama telekommunikasiya şəbəkəsi Azərbaycan mobil şəbəkəyə qoşulma imtinası mobil cihaz təhlükəsizliyi rabitə sahəsində nəzarət IMEI klonlanması mobil nömrə abunəçi kimliyi Azərbaycana gətirilən telefonlar mobil cihazların qanuni qeydiyyatı Nazirlər Kabineti qərarı mobil cihazların qeydiyyat qaydası telekommunikasiya xəbərləri Azərbaycan
Chosen
144
13
marja.az

10Sources