
İranda iqtisadi problemlər səbəbindən başlayan etiraz aksiyalarında ölənlərin sayı 4 minə yaxınlaşıb.
Missiya.Az xəbər verir ki, bu barədə ABŞ-də yerləşən HRANA təşkilatı məlumat yayıb.
Məlumata görə, ölkənin müxtəlif yerlərində baş verən hadisələr nəticəsində 24.669 nəfər saxlanılıb. Nümayişlər zamanı baş verən toqquşmalarda 3.919 nəfər həyatını itirib.
İlahə Qənbərli
Missiya.Az