EN

Yeni elmi texnoloji platformalar yaradılır

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Belaruslu alimlər nadir heyvan cinslərinin qorunması üçün yeni texnoloji platformalar hazırlayırlar.

Reyting.az-ın məlumatına görə, Belarus Milli Elmlər Akademiyasının Biofizika və Hüceyrə Mühəndisliyi İnstitutunun əməkdaşları bildiriblər ki, onların tədqiqat qrupu nadir növ heyvan cinslərinin qorunması məqsədilə həyata keçirilən yeni elmi texnoloji platformaların yaradılması ilə bağlı işlərə başlayıblar. İnstitutun nəzdində fəaliyyət göstərən rəsmi "Telegram" kanalı da bu xəbəri təsdiqləyib.

Qeyd olunur ki, 2026-cı ildə "Genom, molekul və hüceyrə" dövlət elmi proqramı çərçivəsində laboratoriyalarda pluripotent hüceyrələrin, həmçinin donor nüvəli siçan dişi gametlərinin əldə olunması ilə bağlı geniş tədqiqatlar aparılacaq. Bu yeni elmi layihə həm də terapevtik və reproduktiv klonlaşdırmanın ilk mərhələsi kimi nəzərdə tutulur.

Tədqiqatçılar yeni layihələrdən çox böyük uğurlar gözləyirlər. Alimlərin sözlərinə görə, ilk dəfədir ki, Belarus elmində təbiətdəki nadir cinslərin qorunması, eyni zamanda ev heyvanlarının klonlaşdırılması, tədqiqatlar və diaqnostika məqsədli embrional kök hüceyrə xətlərinin yaradılması üçün texnoloji platformaların formalaşdırılmasını planlaşdırırlar.

Elm adamları əmindirlər ki, Milli Elmlər Akademiyasının Biofizika və Hüceyrə Mühəndisliyi İnstitutunun yeni layihəsi böyük nailiyyətlər əldə edəcək.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
reyting.az

1Sources