futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Barselona”nın baş məşqçisi Hansi Flik İspaniya La Liqasının XX turunda “Real Sosyedad”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla uduzduqları matçla bağlı bunları deyib:
“Məyusam. Fantastik oynadıq, çoxlu qol imkanları yaratdıq. Amma nəticə oyuna görə olmadı. Bəzən futbolda belə hallar olur. Hər şeyi düz edirsən, bəxtin gətirmir. Elə məqamlar var idi ki, dəqiq və müdafiədə də diqqətli olmalıydıq. Lakin yekunda futboldur. Məğlubiyyətə baxmayaraq, oyunumuzdan çox razı qaldım”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.