"Kral Aslan" cizgi filminin rejissorlarından biri olan ABŞ-li animator Rocer Allers 77 yaşında vəfat edib. Oxu.Az "Variety" nəşrinə istinadən xəbər verir ki, bu barədə onun həmkarı Deyv Bossert məlumat verib.
"Dostumuz Rocer Allersin vəfat etməsi xəbərindən çox üzüldüm. O, qeyri-adi istedada malik bir sənətkar və rejissor idi", - deyə Bossert bildirib.
Rejissorun ölüm səbəbi barədə məlumat verilməyib.
Məlumata görə, Allers 1990-cı illərdə "Disney"in animasiya bölməsində əsas fiqurlardan biri olub. Onun yaradıcılarından olduğu "Kral Aslan" ekran əsəri iki "Oskar" mükafatı qazanıb və bütün zamanların ən çox gəlir gətirən animasiya filmlərindən birinə çevrilib.
Tarix: 19 Yanvar 2026, 10:21