EN

Qərbi Azərbaycan mövzusu milli yaddaşımızın tərkib hissəsi kimi qiymətləndirilməlidir- ÖZƏL

"Qərbi Azərbaycan mövzusu təkcə tarixi bir fakt kimi deyil, həm də milli yaddaşımızın və dövlətçilik düşüncəmizin mühüm tərkib hissəsi kimi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Bu istiqamətdə aparılan hər bir elmi-tədqiqat işi, yazılan hər bir əsər xalqımızın tarixi ədalətinin bərpasına və milli kimliyimizin qorunmasına xidmət edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması, sənədlərin sistemli şəkildə toplanması və ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılır. Hazırda bu istiqamətdə həyata keçirilən layihələr və təşəbbüslər tarixi ədalətin bərpasına yönəlmiş milli yaddaş siyasətinin bir parçası olmaqla yanaşı, gənc nəsildə tarixə, torpağa və milli kimliyə bağlılıq hissini gücləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
124
olaylar.az

1Sources