
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, toplantıda Suriya ordusunun davam edən əməliyyatları qiymətləndiriləcək, o cümlədən YPG terror təşkilatının inteqrasiyası və 10 mart tarixli sazişin əraziyə təsiri də müzakirə olunacaq.
Qeyd olunub ki, bundan əlavə iclasda Qəzzadakı vəziyyət, inflyasiya ilə mübarizə barədə də fikir mübadiləsi aparılacaq.
Daşqın HəsənovMissiya.Az