EN

DİN: İki gündə 89 cinayət açılıb, 85 şübhəli saxlanılıb

Yanvarın 17–18-də ölkə ərazisində qeydə alınan 89 cinayətin açılmasını təmin edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Axtarışda olan 77 nəfər saxlanılıb, onlardan 50-si borclu şəxs qismində axtarışda olub və aidiyyəti qurumlara təhvil verilib.

Əməliyyatlar zamanı narkotiklərlə əlaqəli 60 fakt, həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 hal müəyyən edilib.

DİN-in açıqlamasına əsasən, cinayət törətməkdə şübhəli bilinən ümumilikdə 85 nəfər saxlanılıb.

Gülnar Nazimqızı 

Chosen
28
anews.az

1Sources